Türkiyə bu gecə yatmadı
1446
Ötən il fevralın 6-da baş verən zəlzələlərin ildönümünə görə Türkiyənin bir çox şəhərində vətəndaşlar küçələrdə gecələyib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın mərkəzi Antakya rayonunda sakinlər axşam saatlarından başlayaraq Cümhuriyyət meydanına toplaşıblar.
İnsanlar küçələrdə od yandıraraq zəlzələ qurbanlarını ehtiramla anıblar.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, zəlzələlər nəticəsində 53 min 537 nəfər həyatını itirib, 107 min nəfər isə yaralanıb.