Onlardan bu arayış da tələb ediləcək
1472
“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilib.
Bu barədə Əli Əsədov Qərar imzalayıb.
Dəyişikliklə valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış və bu müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərini tərk etməsi ilə bağlı həmin müəssisələrin arayışı da daxil edilib.