\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

18 il lotereyada eyni rəqəmləri yazan şəxs 2 milyon $ uddu - ABŞ-da

18 il lotereyada eyni rəqəmləri yazan şəxs 2 milyon $ uddu - ABŞ-da
1516baxış

ABŞ-da xoşbəxtlik deyilən bir hadisə yaşanıb. Aydaho ştatının Maykl Tren adlı sakini 18 il lotereyada eyni rəqəmləri yazdıqdan sonra, nəhayət ki, 2 milyon $ mükafatı qazana bilib.

Mediapress.az UPI-nin məlumatına əsasən xəbər verir ki, Maykl Tren bugünlərdə növbəti dəfə lotereya alarkən yenə də adəti üzrə uğurlu rəqəmləri yazıb və bileti telefonu vasitəsi ilə fotoya çəkib. Axşam saatlarında bəlli olub ki, o, 2 milyon $ uduş fondunun qalibidir. Xoşbəxt qalib qazandığı pulların bir qismini evinin kredit borcuna sər edəcəyini bildirib.