\
23 Noyabr 2024 - Şənbə

Daha bir avtobus nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək

Daha bir avtobus nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək
1516baxış
AYNA-dan Mediapress.az-a verilən məlumata görə,  qurum tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
 
Fevralın 17-dən "20 Yanvar" metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.