\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan səfiri Talibanın XİN rəhbəri ilə görüşdü - Fotolar

Azərbaycan səfiri Talibanın XİN rəhbəri ilə görüşdü - Fotolar
1471baxış

Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabildə Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Taliban XİN-in sözçüsü Əbdül Kaxar Balkhi öz “X” hesabında paylaşıb. 

Məlumata görə, görüş zamanı səfir İlham Məmmədov Kabildə Azərbaycan Səfirliyinin açılması ilə bağlı rəsmi məktubu Əmir Xan Müttəqiyə təqdim edib.