\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

“Kamaz” mağazaya girdi - EKSKLÜZİV - 5-ci Mikrorayonda - FOTOLAR

“Kamaz” mağazaya girdi - EKSKLÜZİV - 5-ci Mikrorayonda - FOTOLAR
1553baxış

Mediapress.az xəbər verir ki, dünən axşam saatlarında Hüseynbala Əliyev küçəsindəki (Nəsimi rayonu, 5-ci mikrorayon) “Lady Club” adlı qadın mağazasında xoşagəlməz hadisə baş verib. Belə ki,  “Kamaz” markalı yük maşını sürət həddinimi aşdığındanmı, ya da sürücünün səhvi ucbatındamı yoldan çıxıb. Və yol kənarındakı “Lady Club” mağazasının şüşəli qapısına dəyərək, içəri keçib. Mağazaya külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən içəridə heç kim olmayıb. Həmin an mağazanın yanından keçən bir piyadanın isə qolları və ayaqları əzilib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra evə buraxılıb.