\
1 Dekabr 2024 - Bazar günü

Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM

Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM
1524baxış
Bu il Ramazan ayının martın 11-nə təsadüf edəcəyi gözlənilir. Azərbaycan üfiqində ayın martın 10-da görünəcəyi proqnozlaşdırılır.
 
Mediapress.az verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytındakı təqvimdə qeyd edilib.
 
 
Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 28, 30 mart, 1 və 5 aprel tarixlərinə təsadüf edəcək.
 
Eyni zamanda təqvimdə Ramazan bayramı aprel ayının 10-11-nə düşəcək.