\
23 Noyabr 2024 - Şənbə

Əhməd Psixiatriya Xəstəxanasına yerləşdirildi

Əhməd Psixiatriya Xəstəxanasına yerləşdirildi
1659baxış

Ailəsinin 5 üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Mediapress.az Trend-ə istinadən xəbər verir ki, məhkəmin qərarı ilə onun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə qapalı tibb müəssisəsinə aparılıb.

Ə.Əhmədov burada 20 gün saxlanılacaq və onun psixi vəziyyətilə bağlı rəy veriləcək.

Xatırladaq ki, bu standart prosedur qaydasıdır. Ə.Əhmədovun psixi xəstəxanaya yerləşdirilməsi onun cəzadan yayınacağı anlamına gəlmir. Ə.Əhmədovun cəzası yekun məhkəmə qərarından sonra məlum olacaq.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.