Kamili İrəvana versələr, bu qədər həbs alacaq - ŞOK
Bu gecə Moskvadan Bakıya qayıdarkən İrəvanın tələbi ilə Domodedovo aeroportunda saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallı Ermənistan CM-nin 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2., 147.1 və 149.1-ci maddələri ilə beynəlxalq axtarışa verilib.
Axar.az xəbər verir ki, Kamil Zeynallıya qarşı irəli sürülən CM maddələrinin əhatə etdiyi cəza aşağıdakı kimidir:
- Ermənistan CM-in 1351.1., 135.6.1 və 135.11.1-ci maddəsi - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;
- 140.2.2.-ci maddə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;
- 147.1.-ci maddə - altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- 149.1.-ci maddə - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Beləliklə, bu maddələrlə ittiham elan edilən şəxsi 64 ilədək və yaxud iki dəfə ömürlük cəza gözləyir.