\
27 Iyul 2024 - Şənbə

İran dövlət kanalı əlilləri ələ saldı - Video

İran dövlət kanalı əlilləri ələ saldı - Video
1613baxış

İran dövlət televiziyasında tamaşaçıları güldürmək, əyləndirmək üçün fiziki məhdudiyyətli insanları ələ salan və aşağılayan 10 dəqiqəlik şou nümayiş etdirilib.

Axar.az xəbər verir ki, sözügedən mövzu İranın “Nəsim” telekanalında yayımlanan “Danış-gül” (Bequ-bexənd) verilişində olub.

İran dövlət televiziyasının bu hərəkəti sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.

“Gülmək üçün izlədiyiniz bu veriliş əlilləri ələ salan dəqiqəlik şounun yalnız bir hissəsidir”, - İran Əlillik Kampaniyası bildirib.