\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Avtoqəzada 28 yaşlı Lerik sakini öldü, 6 yaşlı oğlu yaralandı - Hacıqabulda

Avtoqəzada 28 yaşlı Lerik sakini öldü, 6 yaşlı oğlu yaralandı - Hacıqabulda
1342baxış

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var. Mediapress.az  APA-nın Mil-Muğan bürosunun məlumatına əsasən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.