\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

37 yaşlı qadın yuyucu tozu içib zəhərləndi - Goranboyda

37 yaşlı qadın yuyucu tozu içib zəhərləndi - Goranboyda
1508baxış

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Mediapress.az APA-nın qərb bürosunun məlumatına əsasən xəbər verir ki, rayonun Abbasqulular kənd sakini 1981-ci il təvəllüdlü Mirzəyeva Ofelya Hətəm qızı kimyəvi yuyucu dərman preparatı ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının sözlərinə görə, o həyat yoldaşı ilə dalaşdığı üçün yuyucu toz qatılan su içərək zəhərlənib. 

Faktla bağlı araşdırma aparılır.