\
23 Noyabr 2024 - Şənbə

Ötən ay yol qəzalarının sayı 22% azalıb - DYP

Ötən ay yol qəzalarının sayı 22% azalıb - DYP
1675baxış

Bu ilin fevral ayında ölüm və xəsarətlə nəticələn yol nəqliyyat hadisələrinin sayı 98 fakt, qəza nəticəsində ölənlərin sayı 56 nəfər, xəsarət alanların sayı isə 81 nəfər olub.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinə dair aylıq hesabatında bildirilib.

Qeyd olunub ki, ötən ilin eyni ayı ilə müqayisədə qəzaların sayı 27 fakt (22 faiz), ölənlərin sayı 12 nəfər (18 faiz), xəsarət alanların sayı isə 81 nəfər (24 faiz) azalıb: "Respublika üzrə yol nəqliyyat hadisələrinin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına yönəlmiş ptofilaktik tədbirlər, yol hərəkəti iştirakçıları arasında qaydalara ciddi riayət edənlərin say artımı qəzaların sayına müsbət təsirini göstərib".