\
23 Noyabr 2024 - Şənbə

30 yaşlı oğlan özünü qatarın altına atdı

30 yaşlı oğlan özünü qatarın altına atdı
1625baxış

Xaçmazda 30 yaşlı oğlan özünü qatarın altına ataraq intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl qeydə alınıb.

Hüseynov Mehdi Fəxrəddin oğlu hələ ki, bilinməyən səbəbdən özünü qatarın altına atıb. O, hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” da hadisə ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, bu gün saat 14:15 radələrində ADY-yə məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.