Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib
![Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib](https://img.mediapress.az/news/2024/03/photo_25629.png)
1625baxış
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.
Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.