\
31 May 2024 - Cümə

İstanbulda baharın rənglərindən zövq alın - Fotolar

İstanbulda baharın rənglərindən zövq alın - Fotolar
1446baxış

Havalar isindikcə və təbiət çiçəkləndikcə İstanbul cazibədar bahar parıltısına bürünür. İstanbulda bahar günəşi, mülayim meh və ətirli çiçəklərlə bərabər sürprizlər gətirir. Lalələrlə bəzədilmiş Tarixi Yarımadanı kəşf etməyin, çiçək açan qırmızı tumurcuqların, lavanda rənginə bürünmüş Boğazın mənzərəsini dadmağın əsl vaxtıdır. Elə isə İstanbulda baharı vurğulayan bəzi gözəl marşrutları birlikdə araşdıraq…

Möhtəşəm Bahar Mənzərələri
Bosfor boğazı, şübhəsiz ki, Asiya və Avropanın kəsişməsində İstanbulun ən gözəl görməli yerlərindən biridir. Bu parıldayan su yolu boyunca qayıq turlarında, Boğaziçi sahilini əhatə edən tarixi malikanələri, əsrlər boyu davam edən hekayə və möhtəşəm mənzərəsi ilə məşhur olan villaları seyr edərkən mövsümün qoxuları və rənglərindən zövq alacaqsınız. Eminönü və Üsküdar kimi sahil məhəlləsindən Boğaziçi turu, İstanbulun çiçəkləri kimi tanınan qırmızı tumurcuqların şəhəri canlı çəhrayı və bənövşəyi rənglərə bürüyür. Şəhərin ən ikonik tikililəri arasında olan İstanbulun mərtəbəli qüllələri həm də heyrətamiz siluet mənzərələri üçün ideal yer təklif edir. Yenidənbərpa işləri bitdikdən sonra muzey kimi fəaliyyət göstərən Qız Qalası bu ölməz şəhərin Boğaziçi nöqteyi-nəzərindən ən udulumaz və heyrətamiz mənzərələrini bəxş edir. Karaköydə, məşhur memar Renzo Piano tərəfindən layihələndirilmiş binada qurulan İstanbul Modern isə nəfəs kəsən Boğaza və Tarixi Yarımada mənzərəsini təqdim edir. Qeyd edək ki, dramatik İstanbul Modern Muzeyi dünyanın aparıcı memarlıq platformalarından biri olan ArchDaily tərəfindən mədəni memarlıq kateqoriyasında “İlin binası” seçilib.

Lalələr və Mimozalar Festivalı
Şahzadə Adaları İstanbulun bahar mənzərələrindən zövq almaq üçün başqa bir məşhur məkandır. İstanbulun Asiya tərəfində yerləşən Şahzadə Adaları, mimoza ağacları ilə kölgələnmiş yaşıl təpələri, dolambaçlı küçələri, tarixi malikanələri və rakı-balıq-meze konseptli meyxanaları ilə ruhunuzu oxşayacaq gözəl həyat, şəhərdən gəmi vasitəsilə asanlıqla ziyarət edə biləcəyiniz qısa bir məsafədədir. İstanbulun bəlkə də ən möhtəşəm bahar mənzərəli bölgələrinə Gülhane parkından Emirgan bağına və Fethipaşa bağından Soğanlı Nebatat Parkına kimi çoxsaylı park və bağlarxı da əlavə etmək olar.

Kəşf edilməyi gözləyən İstanbul xəzinələri
Minilliklərə söykənən tarixi ilə İstanbul səyahətçiləri ilk baxışdan ovsunlayır. Monumental tikililəri və yeni attraksionları ilə bu qocalmayan şəhərin ziyarətçiləri üçün hekayələri heç vaxt tükənmir. Canlandırılan məkanları, məşhur memarların imzası olan muzeylər, fərqli sərgilər, bərpa olunan və yenidən açılan tarixi binalar və İstanbulun əfsanəvi yemək mədəniyyəti… İstanbulda vaxtınız məhdud olsa belə, şəhərin qəlbi olan Tarixi Yarımadaya baş çəkməyi məsləhət görürük. Ayasofyadan Kapalı Çarşıya, Yerebatan Sarnıcından Topkapı Sarayına qədər kəşf ediləcək o qədər çox yer var ki! İstanbulda görməli olduğunuz başqa bir marşrut Karaköydən Taksim Meydanına, memarlıq möcüzələri ilə bəzədilmiş yoldur. Bu səyahətinizdə siz, şəhərin dinamizmini və onun canlı küçələrinin yaz günəşi altında təbiətlə birlikdə necə çiçək açdığının şahidi olacaqsınız.

Dadlı kəşflər
Mövsümi ləzzətlər yazda İstanbulu ziyarət etmək üçün daha bir səbəbdir. Mətbəxlərdə ənginar, bamya, çiyələk, gavalı və digər yaz meyvə- tərəvəzləri və, zolaqlı kefal kimi mövsüm balıqları süfrələri bəzəyir. Qastro-şəhər olaraq İstanbul küçə yeməklərindən türk və dünya mətbəxinin ən yaxşı nümunələrinə, qeyri-adi kafelərdən tutmuş Michelin Ulduzlu restoranlara qədər bu nemətdən həzz almaq üçün müxtəlif yollar və məkanlar təklif edir. Səyahətinizdə mövsümi yerli inqrediyentlər və çoxəsrlik reseptlərlə hazırlanan İstanbulun kulinariya müxtəlifliyinin ləzzətlərinin dadını çıxarın.

Mediapress.az

image-personel-cekimleri

image-img-20240314-wa0023 image-img-20240314-wa0020 image-img-20240314-wa0021