\
27 Iyul 2024 - Şənbə

Kiyevə ballistik raketlər atıldı - Yaralananlar var

Kiyevə ballistik raketlər atıldı - Yaralananlar var
1315baxış

“Rusiya silahlı qüvvələri tərəfindən Kiyevə iki ballistik raket atılıb”.

Bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk teleqram kanalında deyib.

“Səhər saat 10:30 radələrində Krımdan iki ballistik raketlə Kiyevə hücum olunub”.

Raketlərin hissələri Kiyevin Peçersk, Holosiivsk, Solomyansk və Dnepr rayonlarına düşüb. Peçersk rayonunda hücum nəticəsində 4 nəfər yaralanıb.