\
21 Aprel 2024 - Bazar günü

Xocalıya köçün vaxtı məlum olub

Xocalıya köçün vaxtı məlum olub
1433baxış

Hazırda Xocalıda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir.


Mediapress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, köhnə, bərpaya yaramayan evlər ki var, həmin evlərin sökülməsi, daşınması, təmizlik işləri həyata keçirilir.

“Demək olar ki, təmizlik işləri yekunlaşmaq üzrədir. Bununla paralel olaraq tikinti işləri həyata keçirilir. Hazırda Xocalıda 500-ə yaxın evdə təmir-tikinti və abadlıq işləri həyata keçirilir. Yollar, su, qaz çəkilir, bütün kommunal xətlərin çəkilişi həyata keçirilir.
Mayın axırı - iyun ayında əhalinin köçürülməsinə başlanması nəzərdə tutulur. Birinci əlli ailənin köçürülməsi nəzərdə tutulur. Ondan sonra ardıcıl olaraq bu proses davam edəcək. Xocalı şəhərinin 8400, Xocalı rayonunun 17 min əhalisi var".