\
21 Aprel 2024 - Bazar günü

Lənkəranda zəncirvari qəza: ata və oğlu öldü - Foto

Lənkəranda zəncirvari qəza: ata və oğlu öldü - Foto
1448baxış

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb.

Mediapress.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi “Mersedes”, Z.Kərimovun idarə etdiyi VAZ-2109 və D.Səfərlinin idarə etdiyi “Şevrolet” markalı avtomobillər toqquşublar.

Nəticədə VAZ-2109 markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mersedes"in sürücüsü isə bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.