Maşınların arasında qalan MİS əməkdaşı ayaqlarını itirdi
1548
Xətai rayonu Afiyyədin Cəlilov küçəsində ağır yol qəzası qeydə alınıb.
Mediapress.az APA-ya istinadən xəbər verir ki, əyləncə mərkəzinin məişət tullantılarını yük maşınına yükləyən Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşı 51 yaşlı Babakişiyev Məmməd Əzizağa oğlunu “Toyota” markalı avtomobil vurub.
Növbətçi həkimin verdiyi məlumata görə, Məmməd Babakişiyevin hər iki ayağı amputasiya edilib.
Hadisə üzrə əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib