\
2 May 2024 - Cümə axşamı

İstanbulda gecə klubunda yanğın zamanı 8 nəfər ölüb

İstanbulda gecə klubunda yanğın zamanı 8 nəfər ölüb
1457baxış

stanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə NTV məlumat yayıb.

Ölənlərin sayı 8-ə, yaralıların sayı isə 15-ə çatıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.

***

15:26

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə NTV məlumat yayıb.

Yanğın zamanı 3 nəfər ölüb. Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib.