\
1 Dekabr 2024 - Bazar günü

Abşeronda 10 gün əvvəl ağacdan yıxılan kişi ölüb

Abşeronda 10 gün əvvəl ağacdan yıxılan kişi ölüb
1501baxış

Abşeron rayonunun Pirşağı qəsəbəsində 10 gün əvvəl ağacdan yıxılan 34 yaşlı kişi müalicə olunduğu xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, 1990-cı il təvəllüdlü Elvin İsgəndər oğlu Pənahov ağacdan yıxılıb.

Hadisə nəticəsində o, ağır xəsarət alıb və Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Aparılan müalicələrə baxmayaraq E.Pənahov bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.