\
2 May 2024 - Cümə axşamı

Qaydaları pozan əlilliyi olan şəxsin sürücülük vəsiqəsi yox imiş - Video

Qaydaları pozan əlilliyi olan şəxsin sürücülük vəsiqəsi yox imiş - Video
1176baxış

Yol hərəkəti qaydalarını pozan şəxsin sürücülük vəsiqəsinin olmaması məlum olub.

Mediapress.az xəbər verir ki, Baş DYP İdarəsinin əməkdaşları tərəfindən nömrə nişanları olmadan idarə olunan nəqliyyat vasitəsi saxlanılıb.

Araşdırma zamanı avtomobili idarə edən əlilliyi olan şəxs - Kamran Zeynalovun sürücülük hüququnun olmaması müəyyən edilib.

Yol verdiyi qayda pozuntularının mahiyyəti və doğura biləcəyi xoşagəlməz nəticələr barədə K.Zeynalovla izahedici söhbətlər aparılıb.

Aşkar edilmiş fakta bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.