\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı

Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı
1462baxış

 

 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. Onun yerinə Ələddin Eyvazov təyin olunub.
 
Qeyd edək ki, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. O, həmçinin  uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.
Əldə etdiyimiz məlumata görə, C. Quliyev dünən İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb. (qafqazinfo)