\
29 May 2024 - Çərşənbə

Aytən Səfərova ağır qəzaya düşdü: ölən var - Video

Aytən Səfərova ağır qəzaya düşdü: ölən var - Video
1237baxış

"Xəzər" televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Report-a onun həmkarları təsdiq edib.

Bildirilib ki, hadisə paytaxtın Zığ şossesində Gənclik parkının yaxınlığında qeydə alınıb.

Belə ki, aparıcının idarə etdiyi “Hunday” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.

O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə bu gün səhər saat 06.50 radələrində baş verib. Zığ şossesi ilə Sadıqcan küçəsinin birləşməsində iki “Hunday” markalı minik avtomobili toqquşub:

“Zərbənin təsirindən avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”.

***

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hunday İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub.

DİN Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

***

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb.

Məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.