BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib
Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisi keçirilir.
Mediapress.az xəbər verir ki, BDU-nun həyətində keçirilən sərgidə ölkənin tanınmış nəşriyyatları və kitab mağazaları iştirak edir. Açılış mərasimində BDU-nun prorektoru Əliş Ağamirzəyev və "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin sədri Şamil Sadiq sərginin əhəmiyyətini qeyd ediblər. Sərginin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük rolunu, müəlliflik hüququnun mədəni irsin yaranması və qorunub saxlanmasında əhəmiyyətini vurğulamaq, gənc nəslin diqqətini mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.