Bərdədə qaçırılan 23 yaşlı qız tapıldı
![Bərdədə qaçırılan 23 yaşlı qız tapıldı](https://img.mediapress.az/news/2024/04/photo_25763.jpg)
1276baxış
Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, aprelin 23-də Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılmışdı.