\
12 Dekabr 2024 - Cümə axşamı

1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır - Türkiyə səfiri

1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır - Türkiyə səfiri
1336baxış

1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır.

APA xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Qondarma Erməni soyqırımı: İddialar və gerçəklər" mövzusunda konfransda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Cahit Bağçı bildirib ki, həmin dövrdə dağılmaqda olan imperiyanın bir çox xalqları gerçək soyqırımlarına məruz qalıb: “O dövrdə 500 min nəfərdən çox müsəlman qətlə yetirilib. Soyqırımı hüquqi bir anlayışdır. Bu səbəbdən də 1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il tarixli qərarı ilə "soyqırımı" iddialarına tutarlı cavab verib. 2005-ci ildə Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasını təklif etsə də, Ermənistan tərəfi hələ də bu təklifə cavab verməyib. 1915-ci ildəki hadisələri tarixi məcrasından çıxarıb birtərəfli qaydada təqdim etmək yalnız terrorçu qruplaşmaların maraqlarına xidmət edir".

Səfir bildirib ki, həmin dövrdə ermənilərdən daha çox pozuculuq fəaliyyətlərində istifadə edirdilər: “Bu dəstək cavabsız qalmadı. Rusiya ordusu imperiyanın cənubunda məskunlaşmağa başladı. 1915-ci ildə Çar Rusiyasında qəbul olunan qanun nəticəsində bölgədə ölüm-dirim müharibəsi başladı”.