\
12 Fevral 2025 - Çərşənbə

Əfqanıstanda məscidə hücumda 6 nəfər öldü

Əfqanıstanda məscidə hücumda 6 nəfər öldü
1945baxış

Əfqanıstanın Herat əyalətində məscidə hücum olub.

“Qafqazinfo” “Pahjwok” agentliyinə istinadən xəbər verir ki, silahlı şəxs ibadət edənlərə atəş açıb, nəticədə 6 nəfər həlak olub.

Hələ ki heç bir silahlı qruplaşma hadisəyə məsuliyyəti öz üzərinə götürməyib.