\
22 Oktyabr 2024 - Çərşənbə axşamı

Tovuzda yük maşını körpüdən çaya aşıb

Tovuzda yük maşını körpüdən çaya aşıb
1950baxış
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb.
 
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Şamlıq kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Gəncə şəhər sakini Elçin Köçərli idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn minik avtomobili onun yoluna çıxıb.
 
Nəticədə sürücü idarəetməni itirib və yüklə dolu olan nəqliyyat vasitəsi körpüdən çaya aşıb. Sürücü avtomobildən çıxarılıb. Qəza zamanı xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.