\
29 May 2024 - Çərşənbə

Şagirdin öldüyü məktəbin direktorundan açıqlama - Video

Şagirdin öldüyü məktəbin direktorundan açıqlama - Video
1239baxış

Xəbər verdiyimiz kimi, ötən gün Tərtər şəhər 2 saylı orta məktəbin şagirdi başqa məktəbin şagirdi ilə əlbəyaxa dava zamanı ağır xəsarət alaraq dünyasını dəyişib.

Medianews.az-ın “Baku TV”yə istinadən məlumatına görə, Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova məktəblilər arasında düşən davanın təfərrüatı ilə bağlı danışıb.

 

Direktorun sözlərinə görə, hadisənin baş verdiyi gün şagird cəmi 2 saat dərsdə oturub. Daha sonra isə tənəffüsə çıxıb və geri qayıtmayıb: “Vəfat edən uşaq bizim məktəbin 10-cu sinif şagirdi Aslan Əliyevdir. Ölümünün səbəbi hələ məlum deyil. Ekspertizadan sonra bilinəcək. Zəif oxuyan şagird idi, amma hər gün dərsə gəlirdi. Səhhətində də heç bir problem yox idi. Bizə xəstəliyi ilə bağlı heç vaxt müraciət etməyib”.

G. Əkbərova bildirib ki, digər məktəbli haqqında məlumatı yoxdur.

Daha ətraflı videomaterialda: