\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Xarici işlər naziri Minskə səfər edib

Xarici işlər naziri Minskə səfər edib
1479baxış

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə rəsmi səfərə yola düşüb.

XİN-dən APA-ya verilən məlumata görə, E. Məmmədyarov iyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Tədbir çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.