\
12 Dekabr 2024 - Cümə axşamı

Üç məktəbin direktoru vəzifədən azad edildi

Üç məktəbin direktoru vəzifədən azad edildi
1241baxış
Paytaxtın 25, 81 və 203 nömrəli tam orta məktəblərdə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib.
 
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 
 
Bildirilib ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyəti düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib.
 
Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb.
 
81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onun tabeliyində gözətçi işlədiyi aşkar edilib.
 
203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeçiliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib