Şabranda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq xəsarət alıb
1960
Şabran şəhərində yeniyetmə 4-cü mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə şəhərin M.Hüseynzadə küçəsində baş verib. 2009-cu il təvəllüdlü T.Mədətli binanın 4-cü mərtəbəsindən açıq pəncərədən yıxılıb. Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır sayılır.
Faktla bağlı araşdırma aparılır.