Prezidentliyə namizədlər açıqlanır - İranda seçki həyəcanı
1941
İranda iyunun 28-də keçiriləcək prezident seçkiləri üçün namizədlərin sənəd qəbulu başlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranda iyunun 28-də keçiriləcək prezident seçkiləri üçün namizədlərin sənəd qəbulu başlayıb.
İranın daxili işlər naziri Əhməd Vahidi mövzu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib:
"İran tarixində dönüş nöqtəsi olan bu həssas şərtlərdə və bu qədər böyük itkiyə baxmayaraq, idarəçilikdə heç bir axsama yaşanmadı. Prezident seçkiləri üçün qeydiyyat prosesi 5 gün, namizədlərin ixtisaslarının yoxlanılması üçün 7 gün, namizədlərin qeydiyyatı üçün isə 14 gün ayrılacaq”.