Qurban bayramının namaz vaxtı açıqlanıb
![Qurban bayramının namaz vaxtı açıqlanıb](https://img.mediapress.az/news/2024/06/photo_25928.jpg)
1988baxış
İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi, məscidlərdə Qurban bayramının namazı qılınacaq:
"Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər".