\
27 Iyul 2024 - Şənbə

İstirahət mərkəzinə gedən avtobus qəzaya düşdü - Ölənlər var

İstirahət mərkəzinə gedən avtobus qəzaya düşdü - Ölənlər var
1015baxış

Cəlilabadda ağır yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, xeyli yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.