Ərdoğanın Akşenerlə görüşündən
1069
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən “İYİ” partiyasının keçmiş sədri Meral Akşeneri qəbul edib.
“Qafqazinfo” “NTV” portalına istinadən xəbər verir ki, 40 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.
Bununla yanaşı, görüşdən sonra danışıqlarla bağlı hər hansı açıqlama verilməyib.
Ərdoğanla Akşenerin görüşünün fotoları maraqla qarşılanıb.
Qeyd edək ki, 67 yaşlı Meral Akşener 2017-ci ildə yaradılan İYİ Partiyasının qurucusu və ilk sədridir. O, cari ilin aprel ayının əvvəlində partiya rəhbərliyinə yenidən namizəd olmayacağını açıqlayıb və bu posta Müsavat Dervişoğlu seçilib.