\
23 Iyun 2024 - Bazar günü

Putin xəbərdarlıq etdi

Putin xəbərdarlıq etdi
1995baxış

“Münaqişə zonasına silah vermək həmişə pis işdir. Xüsusilə də, onları təchiz edənlər təkcə silah çatdırmır, həm də onları idarə edir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

Putin, həmçinin xəbərdarlıq edib ki, əgər Qərb ölkələrinin Ukrayna münaqişəsində bilavasitə iştirak etdiyi hesab edilərsə, Rusiya cavab addımı ata bilər:

“Nəhayət, əgər bu ölkələrin bizə qarşı müharibəyə cəlb olunduğunu görsək, eyni şəkildə hərəkət etmək hüququnu özümüzdə saxlayırıq. Rusiya Ukraynaya silah verən Qərb dövlətlərinin düşmənlərini silahlandıra bilər”.