\
23 Iyun 2024 - Bazar günü

Məktəbdə mühafizəçi şagirdi döydü, işdən çıxarıldı - Video

Məktəbdə mühafizəçi şagirdi döydü, işdən çıxarıldı - Video
1779baxış

Sosial şəbəkələrdə Bakının Səbail rayonunda yerləşən 189 nömrəli məktəbdə mühafizəçinin şagirdi döyməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə məktəbin həyətində baş verib.

Şagirdin 9-cu sinifdə təhsil aldığı bildirilir.

Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, hadisə iyunun 7-si baş verib: “Məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb. Məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub”.