\
22 Noyabr 2024 - Cümə

Ərdoğan bu gün İspaniyaya rəsmi səfər edəcək

Ərdoğan bu gün İspaniyaya rəsmi səfər edəcək
1679baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də İspaniyaya rəsmi səfərə yollanacaq.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, o, səfərin ilk günü İspaniya kralı VI Felipe ilə görüşəcək. Ərdoğan iyunun 13-də krallığın Baş naziri Pedro Sançeslə bir araya gələcək.

Məlumata görə, görüşlərdə Qəzzada baş verən hadisələr başlıca mövzu olacaq. Türkiyə-İspaniya əlaqələrinin inkişafı müzakirə olunacaq. Bundan başqa, R.T.Ərdoğanla Pedro Sançes Türkiyə və İspaniya arasında 8-ci hökumətlərarası zivə toplantısına da sədrlik edəcəklər. Sammitdə ticarət, maliyyə, mədəni və idman sahələrinə dair bir sıra müqavilələrin imzalanması planlaşdırılıb.

Qeyd edək ki, İspaniya mayın 28-də Fələstinin müstəqilliyini tanıyıb.