\
23 Iyun 2024 - Bazar günü

17 yaşlı xəstə qız özündən 10 yaş böyük kişiyə ƏRƏ VERİLİR - Neftçalada

17 yaşlı xəstə qız özündən 10 yaş böyük kişiyə ƏRƏ VERİLİR - Neftçalada
1730baxış
Neftçala rayonunda 17 yaşlı qız zorla ərə verilir.
 
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
 
Onun sözlərinə görə rayonun kəndlərindən birində 2007-ci il təvəllüdlü qız özündən 10 yaş böyük olan biri ilə evləndirilir. Artıq cütlüyün toy tarixi də müəyyənləşib və ailələri 22 iyunda onların izdivacı barədə qərarlaşıb.
 
Kəmalə Ağazadə vurğulayıb ki, ərə verilən qızın səhhətində problem olduğu üçün evliliyə məqsədəuyğun hesab edilmir:
 
"Özüm də Neftçaladayam. Hadisə barədə rayon icra hakimiyyətini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, eləcə də Daxili İşlər Nazirliyini məlumatlandırmışam. Hazırda nəticəni gözləyirəm”- deyə o, vurğulayıb.
 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.