\
22 Noyabr 2024 - Cümə

“Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir” - Yenilənib

“Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir” - Yenilənib
1502baxış

“Əslində bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşa pulsuz təqdim olunur. Vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir. Hətta xaricdə tətbiqlər (application) internetsiz “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Deputat qeyd edib ki, elektron imza xərcdir və elektron imzanın xərci son illər artıb: “Biz əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imzanın məcbur edilməsi xüsusən də aqrar sektorda çalışan 38 % insanımız üçün əlavə xərc yaradır. Sualım bundan ibarətdir ki, ümumiyyətlə, elektron əmək müqavilələrin “offline” rejimdə işləməsi, elektron imzanın əvəzlənməsi nəzərdə tutulubmu? Əgər əvəzlənmə olmayacaqsa, elektron imzanın xərclərinin azaldılması ilə bağlı müzakirələr gedirmi?”

***

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə cavab olaraq bildirib ki, bu gün nazirliyin təqdim etdiyi xidmətlər ödənişsizdir: “Elektron platformalardan istifadə ödənişsizdir. Əmək müqavilələrinə keçid mərhələsində də vətəndaşlarımız üçün xərc nəzərdə tutulmur. Əgər bu çərçivədə elektron imza alacaqlarsa da, vətəndaşa pulsuz veriləcək”.