İbrahim Nihatı xilas etmək istəyərkən özü də boğulub - Video
Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfər batıb.
Mediapress.az Bizim.Media-ya istinadən xəbər verir ki, su bəndində boğulan gənclərlə bağlı yeni detallar məlum olub.
Məlumata görə, hadisə 2008-ci il təvəllüdlü Nihatın qoyunları sulayarkən bəndə yıxılması nəticəsində baş verib. Onun köməyinə çatan digər kənd sakini 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya baş vurub. Lakin hər iki gənc batıb. Bu zaman hadisəni uzaqdan izləyən şəxslər gəncləri xilas etmək üçün suya tullanıblar. Onlar ilk olaraq Nihatın cansız bədənini sudan çıxarsalar da, İbrahimin axtarışı nəticə verməyib. Hadisə yerinə polis və müvafiq qurumların nümayəndələri çağırılıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri az müddətdə İ. Həsənovun meyitini sudan çıxarıblar. Hər iki gəncin meyiti Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Qeyd edək ki, Nihat Aşurov orta məktəbin sonuncu sinif şagirdi imiş. İbrahim Həsənov isə hərbi xidmətlə bağlı xüsusi toplanışdan cəmi bir neçə gün əvvəl qayıdıbmış.