\
13 Yanvar 2025 - Bazar ertəsi

Hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Yardımlıya yağış yağır

Hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Yardımlıya yağış yağır
1059baxış

Saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 22-si saat 14:00-a olan məlumatına əsasən, əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 23-dək davam edəcək.