\
18 Oktyabr 2024 - Cümə

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb
1628baxış

Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 121 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə yerli polis məlumat verib.

Bildirilib ki, iyulun 2-də dini vaiz Bhole Baba ilə görüşə 50 min insanın toplaşdığı faciə yerində kriminoloqlar və məhkəmə ekspertləri işləyir. Tədbirin təşkilatçılarına qarşı cinayət işi açılıb. Polis hadisədən sonra gizlənən dini vaizi axtarışa verib. Onun xeyriyyə fondu olan Ram Kutir və evində axtarış aparılıb.