\
22 Noyabr 2024 - Cümə

Şuşa şəhəri Dövlət Xidmətləri Mərkəzində 56 nəfər işlə təmin olunacaq

Şuşa şəhəri Dövlət Xidmətləri Mərkəzində 56 nəfər işlə təmin olunacaq
1467baxış

Şuşa şəhəri Dövlət Xidmətləri Mərkəzində fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfər işlə təmin olunacaq.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən 2023-cü il mayın 10-da başlanılıb.

Burada keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılmış, geniş yaşıllıq zonası salınmışdır. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialının fəaliyyət göstərəcək.

Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilmişdir. Binanın ümumdaxili sahəsi 2600 m2-dir. Ümumilikdə dövlət xidmətləri mərkəzində fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti işlər üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.