\
18 Oktyabr 2024 - Cümə

Gəncədə Qarabağ Universitetinin təqdimatı olub

Gəncədə Qarabağ Universitetinin təqdimatı olub
1924baxış

Xankəndidə yaradılan Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gəncədə şagird, valideyn və təhsil işçiləri ilə görüşüb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan görüşdə çıxış edən Şahin Bayramov Qarabağ Universiteti haqqında məlumat verib, orada yaradılmış şəraitlə bağlı danışıb.

Rektor çıxışında abituriyentləri və şagirdləri Qarabağ Universitetində təhsil almağa dəvət edib.

Universitetdə həyata keçirilən işlərdən ətraflı bəhs edən Ş.Bayramov daha sonra abituriyentləri və valideynləri maraqlandıran məsələlərə aydınlıq gətirib, ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.