\
18 Oktyabr 2024 - Cümə

ATMU-nun məzunu “Ən yaxşı TGT sədri” nominasiyasının qaliblərindən biri olub

ATMU-nun məzunu “Ən yaxşı TGT sədri” nominasiyasının qaliblərindən biri olub
1604baxış
ATMU-nun məzunu “Ən yaxşı TGT sədri” nominasiyasının qaliblərindən biri olub. Bu barədə Mediapress.az-a Azərbaycan Turizm və Menecment Universitetidən xəbər verilib. 
 
Bildirilib ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Ağ Şəhər Bazar Meydanının dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan “A+” məzun partisində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Samir Abdullayev “Ən yaxşı TGT sədri” nominasiyasının qaliblərindən biri seçilib.
 
Qeyd edək ki, Samir Abdullayev bu il ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsindən məzun olub.