\
18 Oktyabr 2024 - Cümə

Azyaşlını təhqir edən tərbiyəçi və bağça rəhbərliyi polisə dəvət olunub, izahatları alınıb

Azyaşlını təhqir edən tərbiyəçi və bağça rəhbərliyi polisə dəvət olunub, izahatları alınıb
1582baxış

Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunub.

DİN-də verilən məlumata görə, onların izahatları alınıb, barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.